
Şıltaq şahzadə
Ərköyün şahzadənin bitib-tükənməyən şıltaqlıqlarından bezən kral onu ərə vermək qərarına gəlir və qonşu torpaqlardan saraya çoxlu sayda elçi çağırır. Zarafatcıl və tikanlı dilli təlxəyi Karluşanın köməyinə güvənən qız gələn bütün namizədlərə istehza ilə qapını göstərir. Lakin bəylərdən biri təlxəyin xoşuna gəlir və o, bu fikrini gizlətmir. Həddini aşdığını düşünən şahzadə isə təlxəyə sillə vurur.
Qızının bu cür hörmətsizliyindən hiddətlənən kral saray qapısına gələn ilk dilənçini qızına ər edəcəyini elan edir. Qapıda peyda olan yoxsul səfil isə əslində təsadüfən deyil, qabaqcadan plan quraraq bu cildə girmiş həmin rədd edilən cəngavər olur.
1969-cu ildə SSRİ-də istehsal olunmuş «Kapriznaya printsessa» qısametrajlı animasiya filmini Valentina Brumberq və Zinaida Brumberq çəkmişdir. Baş rolları Nina Qulyayeva, Aleksey Konsovski, Anatoli Papanov və Mariya Mironova səsləndirmişdir.
«Şıltaq şahzadə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1969
- Ölkə
- SSRİ
- Rejissor
- Valentina Brumberq, Zinaida Brumberq
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 0+bütün tamaşaçılar üçün
- Müddət
- 19 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın