
Vəhşi qəlblər
Gənc Villou indiyədək heç vaxt üzünü görmədiyi atasını axtarıb tapmaq qərarına gəlir. O, Malibudakı qayğısız həyatını geridə qoyaraq Syerra-Nevada dağlarına yollanır. Qızın gözlənilməz gəlişi yerli kovboy Ceki çaş-baş qoyur, çünki onun övladının olmasından qətiyyən xəbəri yox idi.
Rançoda məskunlaşan Villou insanlara tabe olmayan Bravo ləqəbli vəhşi mustanqla tez bir zamanda ümumi dil tapır. Lakin ata ilə qız arasında atın taleyi ilə bağlı fikir ayrılığı yaranır. Cek atı ram etməyə çalışdığı halda, Villou onun azadlıqda qalmalı olduğunu düşünür.
«Vəhşi qəlblər» (Our Wild Hearts) ailəvi vestern dramının rejissoru Cek rolunu da canlandıran Riki Şroderdir. 2013-cü ildə ABŞ-da istehsal olunmuş ekran əsərində baş rolları Kambri Şroder, Kliff Potts və Kris C. Kelli paylaşıblar.
«Vəhşi qəlblər» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 9 mart 2013
- Ölkə
- ABŞ
- Rejissor
- Riki Şroder
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar çoxsəsli
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 89 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın