
Bu gün mənə, sabah sənə
Bill Kayova saxta bank soyğunu ittihamı ilə uzun müddət həbsxanada qaldıqdan sonra nəhayət azadlığa qovuşur. Onu həyatda saxlayan tək amal qisasdır. Vaxtilə onu şərləyən, arvadına təcavüz edərək həyatına son qoyan düşməni El Feqo hələ də cəzasız gəzir.
Lakin keçən illər ərzində El Feqo güclənmiş və ətrafına böyük bir quldur dəstəsi toplamışdır. Təkbaşına bu qüvvəyə qarşı dura bilməyəcəyini anlayan Kayova Vəhşi Qərbin dörd ən sərrast və təhlükəli atıcısını öz tərəfinə çəkməyə qərar verir.
«Bu gün mənə, sabah sənə» (Oggi a me... domani a te!) filmi İtaliya və Yaponiya istehsalı olaraq 1968-ci ildə nümayiş olunub. Rejissor Tonino Cervinin çəkdiyi bu vestern dramında baş rolları Brett Helzi, Bad Spenser, Ueyd Preston və Vilyam Berqer canlandırıb.
«Bu gün mənə, sabah sənə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 28 mart 1968
- Rejissor
- Tonino Çervi
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal, Birsəsli kadrarxası
- Müddət
- 105 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın