
Qanlı ay
Hadisələr 1887-ci ildə Kolorado torpaqlarında cərəyan edir. Qırmızıya çalan bədirlənmiş ayın işığı altında yerləşən kimsəsiz bir qəsəbədə sərnişinlərlə dolu fayton dayanır. Buradakı səyahətçilər və sirli bir atıcı qaçmaqda olan iki cinayətkarın əlinə əsir düşürlər.
Dustaqlar quldurları aldadaraq xilas olmağın yollarını axtararkən daha böyük bir təhlükənin yaxınlaşdığı məlum olur. Həqiqi təhdid içəridə deyil, bayırda gizlənir. Yırtıcı məxluq yalnız qana bənzər qırmızı ayın çıxdığı gecələrdə ova başlayır.
«Qanlı ay» (Blood Moon) filmi 2014-cü ildə Böyük Britaniyada rejissor Jeremy Wooding tərəfindən çəkilib. Vestern və qorxu janrlarını birləşdirən ekran əsərində Corc Blaqden, Tom Kotçer, Barrinqton De La Roş və Raffaello Deqruttola çəkiliblər.
«Qanlı ay» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 avqust 2014
- Ölkə
- Böyük Britaniya
- Rejissor
- Ceremi Vudinq
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Birsəsli kadrarxası, Синема УС
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın