
Wild Faith
ABŞ Vətəndaş müharibəsi veteranı Emmet Mörfi itkilərdən sonra rahatlıq tapmaq üçün Miçiqandakı evinə qayıdır. Cəbhədə qaradərili silahdaşı öz həyatını fəda edərək onu ölümdən qurtarmış, Emmet isə onun ailəsinin qayğısına qalacağına söz vermişdi. Həyat yoldaşını itirdikdən sonra o, verdiyi vədə əməl edir və həlak olmuş əsgərin dul qalmış xanımı Heddini qızı ilə birlikdə fermasında yaşamağa çağırır.
Lakin qaradərili ailənin kəndə gəlişi yerli sakinlərin və qəsəbə keşişinin ciddi etirazına, nifrətinə səbəb olur. Qərəzli qonşular arzuolunmaz qonaqlardan qurtulmaq üçün aralarında gizli plan qururlar. Emmet verdiyi sözə sadiq qalaraq təhdidlərlə üz-üzə gəlir.
2018-ci ildə ABŞ-da istehsal olunmuş «Wild Faith» vestern filminin quruluşçu rejissoru Jesse Low-dur. Baş rolları Lana Vud, Derbi Hinton, Treysi Edkins və Kristin Mari canlandırıblar.
«Wild Faith» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın