
Showdown in Yesteryear
Dəril Damvudi klassik vestern filmlərinin böyük pərəstişkarı olan yaşlı ferma işçisidir. Sevgilisi onu tərk etdikdən dərhal sonra işini də itirən Dəril intiharın bir addımlığına gəlir. Həmin ərəfədə otlağın tən ortasında tənha dayanmış sirli taxta qapı görür və oradan içəri addımlayır. Bu qapı onu zamanda geriyə, Vəhşi Qərb dövrünə aparır.
«Showdown in Yesteryear» filminin qəhrəmanı cinayətkarların at oynatdığı təhlükəli XIX əsr qəsəbəsinə düşür. Dəril əvvəlcə başına gələnləri real qəbul etmir və bu məkanı əyləncəli tematik park zənn edir.
Ekran əsərinin quruluşçu rejissoru Aaron Bratcher olub. Baş rolları Vernon Uells, Debra Lamb, Tim O'Hern və Michelle Snyder canlandırıb. ABŞ istehsalı olan layihə 2023-cü ildə işıq üzü görüb.
«Showdown in Yesteryear» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2023
- Ölkə
- ABŞ
- Rejissor
- Aaron Bratcher
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın