
İnsomniya
Psixoterapevt və hipnoz mütəxəssisi Yuri Ştal bütün hadisələrə sırf rasional yanaşan materialistdir. Lakin o, özünü əldən salan yuxusuzluğun səbəbini heç cür izah edə bilmir. Gecələr Yurini illər öncə həyatını itirmiş keçmiş həyat yoldaşı və mənasını anlaya bilmədiyi sirli işarələrlə dolu qarabasmalar müşayiət edir.
Yuxusuz gecələri striptiz-klubda keçirən həkim orada Anya adlı rəqqasə ilə tanış olur. Qızın boynundakı sonsuzluq simvolu formasında olan döymə Yurinin yuxularında gördüyü işarə ilə eynilik təşkil edir. Anya ilə aralarında qəribə bir bağ hiss edən həkim qısa müddət sonra yeni hipnaterapiya üsulu kəşf edir. Pasiyentlərin sürətli sağalması sübut edir ki, trans vəziyyətində insan indiki həyatının hüdudlarından kənara baxa bilir və bütün sirlərin açarı məhz oradadır.
«İnsomniya» triller və dram janrında çəkilmiş 2021-ci il Rusiya serialıdır. Layihənin rejissoru Olqa Frenkeldir. Baş rolu Qoşa Kutsenko canlandırıb, digər rollarda isə İrina Starşenbaum, Mariya Mironova və Aleksandr Robak çəkiliblər.
Onlayn izlə
Serial haqqında
- Buraxılış tarixi
- 7 oktyabr 2021
- Ölkə
- Rusiya
- Rejissor
- Olqa Frenkel
- Mövsümlər
- 1 mövsüm, 8 seriya · çıxıb 8
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- seriya 55 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın
Çıxış qrafiki
- 1×8Seriya 8Çıxıb
- 1×7Seriya 7Çıxıb
- 1×6Seriya 6Çıxıb
- 1×5Seriya 5Çıxıb
- 1×4Seriya 4Çıxıb
- 1×3Seriya 3Çıxıb
- 1×2Seriya 2Çıxıb
- 1×1Seriya 1Çıxıb