
Yelləncək
Məktəb məzuniyyətindən sonra Kira Alekseyeva sinif yoldaşı Nikitanın zorakılığına məruz qalır. Hamilə qaldığını və əkiz uşaq dünyaya gətirəcəyini öyrənən gənc qız abort etdirməkdən imtina edir. Yaşanan sarsıntılara dözməyən anası infarktdan dünyasını dəyişir, lakin vəfatından əvvəl Kiraya Moskvada yaşayan atası, iş adamı Qaray barədə danışır.
Nikitanın nüfuzlu məmur olan anası Zaretskaya əvvəlcə təhdid və pulla Kiranı fikrindən daşındırmağa çalışır. Qızın inadından dönmədiyini görəndə isə təzyiqlər artır və küçədə naməlum şəxslər Kiranı vəhşicəsinə döyürlər. Uşaqlarını xilas etmək istəyən gənc ana Moskvaya, atasının yanına qaçır. Lakin Qaray Kiranı fırıldaqçı hesab edərək qəbul etmir, Zaretskaya isə fikrini dəyişərək nəvələrini Kiradan almaq qərarına gəlir.
Rusiya istehsalı olan melodram janrındakı «Yelləncək» («Kaçeli») serialı 2017-ci ildə ekranlara çıxıb. Ekran əsərinin rejissoru Yekaterina Dviyqubskayadır. Əsas rolları Valeriya Burduja, Tatyana Kolqanova, Boris Xvoşnyanski və Olqa Sizova canlandırıblar.
Onlayn izlə
Serial haqqında
- Buraxılış tarixi
- 25 noyabr 2017
- Ölkə
- Rusiya
- Rejissor
- Yekaterina Dviqubskaya
- Mövsümlər
- 1 mövsüm, 2 seriya · çıxıb 2
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- seriya 45 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın
Çıxış qrafiki
- 1×2Seriya 2Çıxıb
- 1×1Seriya 1Çıxıb