
Tanrının zəri
Musiqi bloqeri Yuta Akaqi izləyici toplaya bilmədiyi üçün yaradıcılıq böhranı yaşayır. Vaxtilə dağılmış «Five Colors» komandasından keçmiş həmkarı Şiraişi ona qeyri-adi bir çıxış yolu təklif edir. Kulinariya strimeri kimi məşhurlaşan dostu ona qarşılıqlı bədəl müqabilində bütün arzuları gerçəkləşdirən «Buau» adlı müəmmalı kukladan danışır.
Bu tilsimli ayinin həyata keçməsi üçün beş gəncin təyin olunmuş məkanda toplanması şərtdir. Əvvəlki şöhrətini bərpa etmək istəyən Akaqi keçmiş qrup üzvlərini tərk edilmiş bir binaya yığır. Prosesi sənədli film üçün lentə almaq istəyən qadın rejissorun da onlara qoşulması ilə qəhrəmanlar sirli rituiala başlayırlar.
2024-cü il istehsalı olan «Tanrının zəri» (Kamisama no Saikoro) Yaponiya serialı fentezi, triller və qorxu janrlarını birləşdirir. Əsas rolu Wada Masanari canlandırıb.
Onlayn izlə
Serial haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın
Çıxış qrafiki
- 1×1Seriya 1Çıxıb