
Ultraman X
Günəşdə baş verən güclü partlayış yerin təkində və okeanların dərinliklərində gizlənmiş Spark Dolls fiqurlarını oyadır. Nəticədə həmin fiqurlar nəhəng bədheybətlərə çevrilir. Yaranan təhlükəni və yadplanetli basqınlarını dəf etmək üçün bəşəriyyət qabaqcıl texnologiyalara malik Xio adlı xüsusi müdafiə təşkilatı qurur.
Hadisyədən on beş il sonra bu təşkilatın üzvü Daiti Odzora bədheybətlə ölüm-dirim savaşında naməlum bir səsin birləşmək çağırışını eşidir. Həmin an parlayan işıq sayəsində gənc döyüşçü kosmik varlıqla bütövləşir və planetə hücum edənlərə müqavimət göstərmək üçün Ultraman X cildinə bürünür.
2015-ci il istehsalı olan bu Yaponiya fantastika serialının rejissor kürsüsündə Koichi Sakamoto və Kiyotaka Taguchi əyləşib. Ekran əsərində əsas rolları Kensuke Takahashi, Akane Sakanoue, Yoshihiko Hosoda və Ukyo Matsumoto canlandırıblar.
Onlayn izlə
Serial haqqında
- Buraxılış tarixi
- 14 iyul 2015
- Ölkə
- Yaponiya
- Rejissor
- Koichi Sakamoto, Kiyotaka Taguchi, Yuichi Abe
- Mövsümlər
- 1 mövsüm, 1 seriya · çıxıb 1
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Студия LKM
- Müddət
- seriya 24 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın
Çıxış qrafiki
- 1×1Seriya 1Çıxıb