
Mənim ögey qızım
Anna və antikvar dükanı sahibi olan əri Sergey övlad sahibi olmağa hazırlaşırlar. Elə həmin ərəfədə kişinin mağazasına milyonlarla dollar qiyməti olan nadir sapfirlər daxil olur. Lakin qəfil ürək dayanması nəticəsində Sergey həyatını itirir, ağır sarsıntı keçirən Anna isə bətnindəki körpəsini itirməli olur. Həyat yoldaşının biznes şəriki Oleq kədərli qadına arxa durmağa çalışır.
Yaşadığı itkilərdən sonra özünə gələn Anna uşaq evindən səkkiz yaşlı Qalyanı övladlığa götürmək qərarına gəlir. Hər kəsin çətin xasiyyətinə görə üz çevirdiyi bu qızcığazla yalnız müstəntiq Andrey dil tapa bilir. Həmin müstəntiq Sergeyin müəmmalı ölümünü araşdırır və bunun sadəcə bədbəxt hadisə deyil, qətl olduğuna inanır.
«Mənim ögey qızım» («Моя чужая дочка») adlı Rusiya istehsalı melodram serialı 2019-cu ildə işıq üzü görüb. Ekran əsərinin quruluşçu rejissoru Kira Angelina olub, baş rolları isə Anna Zdor, İlya Sokolovski, Vasilisa Nemtsova və Tatyana Filatova canlandırıblar.
Onlayn izlə
Serial haqqında
- Buraxılış tarixi
- 22 noyabr 2019
- Ölkə
- Rusiya
- Rejissor
- Kira Angelina
- Janr
- Mövsümlər
- 1 mövsüm, 4 seriya · çıxıb 4
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- seriya 48 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın
Çıxış qrafiki
- 1×4Seriya 4Çıxıb
- 1×3Seriya 3Çıxıb
- 1×2Seriya 2Çıxıb
- 1×1Seriya 1Çıxıb