
Daxili yanma mühərriki
Maşınqayırma zavodunun rəhbəri Pavel Korolenko həyat yoldaşını erkən itirdikdən sonra qızı Yevgeniyanı təkbaşına böyüdüb. Ata qızının ailə qurmasını və müəssisənin işini davam etdirəcək nəvə bəxş etməsini arzulayır. Lakin Yevgeniya uşaqlıqdan mühəndis-ixtiraçı olmaq istəyir və təhsilini bitirdikdən sonra tanınmış mütəxəssis Vladimir Qromıkonun konstruktor bürosuna düzəlməyə can atır.
Qromıko maşınqayırmanın qadınlara aid sahə olmadığını düşünərək qızı işə qəbul etməkdən boyun qaçırır. Qarşısına qoyduğu məqsəddən dönməyən Yevgeniya kişi cildinə girərək Yevgeni Kravçenko adı ilə büroda vəzifə alır. Konstruktor yeni əməkdaşını yaxın dost və sadiq həmkar kimi qəbul edir, hətta onu şəxsi macəralarına qoşur, lakin gənc qız rəhbərinə qarşı romantik hisslər bəsləməyə başlayır.
«Daxili yanma mühərriki» (Dvigatel vnutrennego sgoraniya) melodram serialının rejissoru Tatyana Qnedaşdır. 2017-ci ildə Rusiyada çəkilmiş layihədə əsas rolları Yelizaveta Mayskaya, Vladimir Zayets, Anatoli Kotenyov və Yelena Stefanskaya canlandırıblar.
Onlayn izlə
Serial haqqında
- Buraxılış tarixi
- 25 dekabr 2017
- Ölkə
- Rusiya
- Rejissor
- Tatyana Qnedaş
- Janr
- Mövsümlər
- 1 mövsüm, 4 seriya · çıxıb 4
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- seriya 49 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın
Çıxış qrafiki
- 1×4Seriya 4Çıxıb
- 1×3Seriya 3Çıxıb
- 1×2Seriya 2Çıxıb
- 1×1Seriya 1Çıxıb