
Dördüncü mənfi
Valideynlərini itirdikdən sonra Olqanı Nereçinsk şəhər xəstəxanasının baş həkimi olan xalası böyüdüb. İllər keçdikdən sonra gənc qız da həmin tibb ocağında tibb bacısı kimi fəaliyyət göstərməyə başlayır. Şəhərə gələn moskvalı iş adamı Roman gecə vaxtı yolda digər tibb bacısı Marinanın maşını tərəfindən vurulduqda sakit həyat tərzi pozulur. Qəza yerindən qaçan Marinanın arxasınca ağır vəziyyətdə olan zərərçəkən dərhal xəstəxanaya çatdırılır.
Kişinin həyatını xilas etmək üçün nadir sayılan dördüncü mənfi qan qrupuna təcili ehtiyac yaranır. Təsadüfən eyni qan qrupuna malik olan Olqa dərhal donorluq edərək Romanı ölümdən qurtarır. Qanını kimin verdiyini öyrənmək istəyən iş adamına isə bu fədakarlığı guya Marinanın etdiyi bildirilir. Zəngin həyat fürsətini əldən vermək istəməyən Marina Romanla birlikdə Moskvaya yola düşür və yalanını gizli saxlamaq üçün hər addımı atmağa hazırlaşır.
Rusiyanın «Dördüncü mənfi» adlı melodram serialı 2023-cü ildə istehsal olunub. Rejissoru Yeqor Barinov olan layihənin baş rollarında Yelizaveta Mazalova, Anatoli Rudenko, Marina Volkova və Tatyana Kolqanova çəkilib.
Onlayn izlə
Serial haqqında
- Buraxılış tarixi
- 9 dekabr 2023
- Ölkə
- Rusiya
- Rejissor
- Yeqor Barinov
- Janr
- Mövsümlər
- 1 mövsüm, 4 seriya · çıxıb 4
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın
Çıxış qrafiki
- 1×4Seriya 4Çıxıb
- 1×3Seriya 3Çıxıb
- 1×2Seriya 2Çıxıb
- 1×1Seriya 1Çıxıb