
Zatmeniye
Maryananın uşaqlıq illəri dənizçi atasının səfərlərdən qayıdarkən təşkil etdiyi şənliklərlə yadda qalmışdı. Lakin atası başqa bir ailə qurub geri dönmədikdə hər şey dəyişdi. Ana qızının və özünün maddi ehtiyaclarını təmin etmək üçün sevmədiyi bir kişi ilə evləndi. Maryana ögey atasını və ögey bacısı Tanyanı qəbul etməyərək doğma atasının yolunu gözləməyə davam etdi.
İllər sonra gənc qadın atasına bənzəyən Dima ilə qarşılaşaraq ona aşiq oldu. Çox keçmədən Dima da eynilə atası kimi bir gün evə qayıtmadı və yoxa çıxdı. Üzləşdiyi növbəti xəyanət Maryananın daxili dünyasını alt-üst etdi və onu qisas naminə hətta qətlə əl ata biləcək amansız bir insana çevirdi.
Rusiyanın istehsalı olan «Zatmeniye» adlı melodram serialı 2016-cı ildə nümayiş olunub. Ekran əsərinin quruluşçu rejissoru Andrey Krasavindir. Əsas obrazları Olqa Suxareva, Mariya Axmetzyanova, Aleksey Anişenko və Svetlana Timofeyeva-Letunovskaya canlandırıb.
Onlayn izlə
Serial haqqında
- Buraxılış tarixi
- 11 yanvar 2016
- Ölkə
- Rusiya
- Rejissor
- Andrey Krasavin
- Janr
- Mövsümlər
- 1 mövsüm, 4 seriya · çıxıb 4
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- seriya 45 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın
Çıxış qrafiki
- 1×4Seriya 4Çıxıb
- 1×3Seriya 3Çıxıb
- 1×2Seriya 2Çıxıb
- 1×1Seriya 1Çıxıb