
İcarəyə arvad
Otuz beş yaşlı Lena zəngin əri ilə birlikdə Volqa çayında şəxsi yaxtalarında səyahət edir. Gəmidə elektrik naqillərinin sıradan çıxması səbəbindən cütlük Zavoljsk şəhərində dayanmalı olur. Əri əyləncə dalınca sahilə çıxdığı vaxt, Lena təkbaşına üç uşaq böyüdən elektrik Dima ilə mübahisə edərək onun pulunu ödəmədən qovur. Elə həmin gecə qadın təsadüfən göyərtədən suya düşür, sərxoş ər isə davanın təsirilə arvadının getdiyini zənn edib yaxtanı idarə edərək uzaqlaşır.
Ertəsi gün Dima Zavoljsk şəhər xəstəxanasında yaddaşını tamamilə itirmiş Lenanı tapır. Xasiyyəti dəyişməyən qadın tibb işçiləri ilə mübahisə etməyə davam edir. Elektrik onu cəzalandırmaq məqsədilə xanımı öz həyat yoldaşı kimi qələmə verir və evinə aparır. Yad ailəyə düşən Lena burada yemək bişirməyi, təmizlik etməyi öyrənir, uşaqlarla dil tapır və getdikcə Dima ilə aralarında yeni hisslər yaranır.
2016-cı il istehsalı olan Rusiyanın «İcarəyə arvad» («Жена напрокат») melodram serialının rejissoru Aleksandr Sozonovdur. Baş rolları Yuliya Podozorova, Aleksey Morozov, Anna Potebnya və Arseni Qusev canlandırıb.
Onlayn izlə
Serial haqqında
- Buraxılış tarixi
- 18 dekabr 2016
- Ölkə
- Rusiya
- Rejissor
- Aleksandr Sozonov
- Janr
- Mövsümlər
- 1 mövsüm, 4 seriya · çıxıb 4
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- seriya 50 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın
Çıxış qrafiki
- 1×4Seriya 4Çıxıb
- 1×3Seriya 3Çıxıb
- 1×2Seriya 2Çıxıb
- 1×1Seriya 1Çıxıb