
Seçim
Lyuda və Dimanın toy ərəfəsində qurduğu bütün planlar qızın inadkar pərəstişkarı Artyomun təcavüzü ilə alt-üst olur. Baş verənlərdən xəbər tutan Dima Artyomla əlbəyaxa davaya çıxır və həyatını itirir. Cinayətkar isə cəzasını çəkmək üçün həbsxanaya göndərilir.
Altı illik həbsdən sonra azadlığa çıxan Artyom dərhal Lyudanı axtarmağa başlayır. O, qadının artıq ailə qurduğunu və Petya adlı oğlu olduğunu öyrənir. Uşağın öz doğma oğlu olduğunu anlayan Artyom onu hər vəchlə əlindən almağı qarşısına məqsəd qoyur. Lyuda isə iki ağır yol arasında qalır: ya nifrət etdiyi Artyoma ərə getməli, ya da özü həbsxana divarları arasına düşməlidir.
Rusiyanın 2017-ci il istehsalı olan «Seçim» (Выбор) melodram serialının quruluşçu rejissoru Pavel Snisarenkodur. Baş rolları Anna Levanova, Svyatoslav Astramoviç, Dmitriy Pçela və Aleksandr Yefremov canlandırıblar.
Onlayn izlə
Serial haqqında
- Buraxılış tarixi
- 3 fevral 2018
- Ölkə
- Rusiya
- Rejissor
- Pavel Snisarenko
- Janr
- Mövsümlər
- 1 mövsüm, 2 seriya · çıxıb 2
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın
Çıxış qrafiki
- 1×2Seriya 2Çıxıb
- 1×1Seriya 1Çıxıb