Naum Ardaşnikov
Rejissor

Naum Ardaşnikov

Naum Ardashnikov
Doğum tarixi
18 iyul 1931 · Xərçəng
Ölüm tarixi
31 mart 2012 (80 yaş)
Doğum yeri
Moskva, Rusiya
4layihə
4film
1980–2005kinoda

Naum Ardaşnikov — məşhur sovet və rus kinorejissoru və operatoru, RSFSR-in əməkdar incəsənət xadimidir. Kino xadimi 18 iyul 1931-ci ildə Moskvada anadan olub. 1958-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (VGIK) operatorluq fakültəsini Aleksandr Qalperinin emalatxanasında bitirib. 1959-cu ildən etibarən Naum Ardaşnikov fəaliyyətini «Tacikfilm» kinostudiyasında ikinci operator və kombinəolunmuş çəkilişlər üzrə mütəxəssis kimi davam etdirib. Burada çalışdığı beş il ərzində operator kimi «Dəmirçinin bayrağı», «Sükut olmayacaq» və «Sabaha qədər» filmlərini lentə alıb. 1965-ci ildən «Mosfilm» kinostudiyasında çalışan sənətkarın rejissor kimi ən mühüm işlərindən biri 1980-ci ildə ekranlara çıxan «Köhnə Yeni il» («Staryy Novyy god») komediyasıdır. 1974-cü ildə əməkdar incəsənət xadimi fəxri adına layiq görülən rejissor 31 mart 2012-ci ildə vəfat etmiş və Moskvada Alekseyev qəbiristanlığında dəfn olunmuşdur.

Tərcümeyi-hal AZfilm redaksiyası tərəfindən hazırlanıb

Tanındığı işlər

Filmoqrafiya

Tez-tez birgə işlədiyi