
Riçard Uidmark
- Doğum tarixi
- 26 dekabr 1914 · Oğlaq
- Ölüm tarixi
- 24 mart 2008 (93 yaş)
- Doğum yeri
- ABŞ
- Boy
- 1.78 m
Riçard Uidmark — klassik Hollivud kinosunda canlandırdığı parlaq obrazlarla tanınan məşhur ABŞ aktyorudur. O, Minnesota ştatının Sanrayz Taunşip bölgəsində, isveçli ata və ingilis ananın ailəsində anadan olub. Aktyorluq təhsilini Leyk-Forest kollecində alıb və şöhrət qazandıqdan sonra həmin təhsil ocağında dərs deyib. Yaradıcılıq fəaliyyətinə 1938-ci ildə radioda başlayan sənətçi 1943-cü ildə Brodveydə debüt edib. Kino karyerasına 1947-ci ildə Henri Hetueyin «Kiss of Death» adlı nuar filmi ilə qədəm qoyub. Bu rolu prodüser Derril F. Zanukun təkidi sayəsində alan aktyor böyük uğur qazanaraq «Ən yaxşı aktyor debütü» nominasiyasında «Qızıl qlobus» mükafatına layiq görülüb, eləcə də «İkinci planda ən yaxşı kişi rolu» kateqoriyasında «Oskar» mükafatına namizəd göstərilib. Riçard Uidmark 1954-cü ildən etibarən televiziya layihələrində də fəal çıxış edib. Zəngin yaradıcılıq bioqrafiyası ərzində 60-dan çox ekran əsərinə çəkilən aktyor «Night and the City», «Judgment at Nuremberg» (1961) və «Murder on the Orient Express» (1974) kimi məşhur filmlərdə unudulmaz rollar ifa edib. Riçard Uidmarkın iştirak etdiyi filmlər kino tarixinin ən yaxşı nümunələrindəndir. Sənətçi 2008-ci ildə Konnektikutda 93 yaşında vəfat edib.



