
Olqa Zabotkina
- Doğum tarixi
- 18 yanvar 1936 · Oğlaq
- Ölüm tarixi
- 21 dekabr 2001 (65 yaş)
- Doğum yeri
- Sankt-Peterburq, Rusiya
Olqa Zabotkina — sovet aktrisası və balerinası, kinoda daha çox «İki kapitan» filmindəki Katya Tatarinova obrazı ilə tanınmış sənətçidir. O, 18 yanvar 1936-cı ildə Leninqradda anadan olmuşdur. 1953-cü ildə Leninqrad Xoreoqrafiya Məktəbini bitirərək Kirov adına Leninqrad Teatrının truppasına qəbul olunmuş və 1977-ci ilə qədər orada fəaliyyət göstərmişdir. Səhnədə klassik ifa tərzi ilə yanaşı milli rəqslərin xarakterik xüsusiyyətlərini məharətlə nümayiş etdirmişdir. Kinosevərlər üçün Olqa Zabotkina yaradıcılığı xüsusilə «İki kapitan» (1955) ekran əsəri ilə yadda qalmışdır; aktrisa bu filmdə baş rollardan biri olan Katya Tatarinova obrazını canlandırmışdır. Aktrisa 1965–1970-ci illərdə teatrın orkestr faqotçusu S. V. Krasavin ilə ailəli olmuş, 1980-ci ildə isə şair-parodiyaçı Aleksandr İvanovla evlənmişdir. Həyat yoldaşı «Gülüş ətrafında» verilişinin aparıcısı olduqdan sonra Zabotkina səhnəni tərk edərək Moskvaya köçmüş və ərinin katibi kimi fəaliyyət göstərmişdir. Sənətçi 21 dekabr 2001-ci ildə vəfat etmişdir.

