
River Feniks
- Doğum tarixi
- 23 avqust 1970 · Şir
- Ölüm tarixi
- 31 oktyabr 1993 (23 yaş)
- Doğum yeri
- ABŞ
River Feniks — dramatik rolları ilə tanınan amerikalı aktyor və musiqiçidir. O, 23 avqust 1970-ci ildə ABŞ-ın Oreqon ştatının Metolius şəhərində anadan olub. Aktyorlar Xoakin və Sammer Feniksin böyük qardaşı olan Riverin yaradıcılıq bioqrafiyası on yaşında televiziya reklamlarına çəkilməklə başlayıb. Onun kino karyerasında ilk böyük uğuru «Stand by Me» (1986) filmindəki Kris Çembers rolu olub. Daha sonra «Running on Empty» filmindəki çıxışına görə «Oskar» və «Qızıl Qlobus» mükafatlarına namizəd göstərilib. 1989-cu ildə məşhur «Indiana Jones and the Last Crusade» (1989) filmində gənc İndi obrazını canlandırıb. River Feniks iştirakı ilə filmlər kinotənqidçilər tərəfindən yüksək qiymətləndirilib: «My Own Private Idaho» (1991) filmindəki rolu ona Venesiya Film Festivalının Volpi Kubokunu və ABŞ Milli Kinotənqidçilər Cəmiyyətinin mükafatını qazandırıb. Həmin il aktyor «Dogfight» (1991) filmində Eddi Berdleys obrazını oynayıb. İstedadlı aktyor 31 oktyabr 1993-cü ildə vəfat edib.



