
Yerun Krabbe
- Doğum tarixi
- 5 dekabr 1944 (81 yaş) · Oxatan
- Doğum yeri
- Amsterdam
Yerun Krabbe — həm doğma Niderlandda, həm də beynəlxalq kinoda uğur qazanmış məşhur niderlandlı aktyor və rejissordur. O, 5 dekabr 1944-cü ildə Amsterdam şəhərində kino tərcüməçisi Marqret Reyss və rəssam Martin Krabbenin ailəsində dünyaya gəlmişdir. 1960-cı illərin ortalarından etibarən seriallarda çəkilən sənətçi Pol Verhovenin «Soldier of Orange» (1977) və «The 4th Man» (1983) filmlərindəki çıxışları ilə geniş auditoriyanın rəğbətini qazanaraq Hollivuda dəvət almışdır. Yerun Krabbe filmləri və fərqli rolları ilə dünya kinosunda silinməz iz qoymuşdur. Ceyms Bond seriyasındakı çıxışından sonra o, uzun müddət xarizmatik mənfi personajları canlandırmışdır. AZfilm tamaşaçılarına aktyor «The Fugitive» (1993) trillerindəki həkim Çarlz Nikols, «Immortal Beloved» (1994) bioqrafik dramasındakı Şindler, habelə «Homer's Odyssey» (1997) serialı və «The Honest Courtesan» (1998) filmindəki obrazları ilə yaxşı tanışdır. Kino xadiminin bioqrafiyası rejissorluq sahəsindəki uğurları ilə də zəngindir. O, həm rejissoru olduğu, həm də cənab Kalman obrazını canlandırdığı «Left Luggage» (1997) ekran əsəri ilə Berlin Film Festivalında «Mavi mələk» mükafatına layiq görülmüşdür. O, həmçinin «The Discovery of Heaven» (2001) və «Rico's Wings» (2009) filmlərinin rejissorudur. 1964-cü ildən evli olan aktyorun Martin, Yasper və Yakob adlı üç oğlu var.



