Cin Kelli
Aktyor

Cin Kelli

Gene Kelly
Doğum tarixi
23 avqust 1912 · Şir
Ölüm tarixi
2 fevral 1996 (83 yaş)
Doğum yeri
Pitsburq, ABŞ
Boy
1.72 m
10layihə
10film
1945–1980kinoda

Cin Kelli (əsl adı — Yucin Patrik Kelli) ABŞ kino tarixində mühüm iz qoymuş amerikalı aktyor, rejissor, xoreoqraf, müğənni və prodüserdir. O, 23 avqust 1912-ci ildə Pensilvaniya ştatının Pittsburq şəhərində anadan olub. 1929-cu ildə məktəbi bitirdikdən sonra jurnalistika üzrə təhsil almaq üçün Pensilvaniya Kollecinə daxil olsa da, maliyyə böhranı səbəbindən ailəsinə dəstək məqsədilə təhsilini dayandırıb işləmək məcburiyyətində qalıb. Bu dövrdə bənna, ofisiant və rəqs müəllimi kimi çalışan Kelli daha sonra Brodveydə çıxış etməyə başlayıb. Kino karyerasına 1942-ci ildə «For Me and My Gal» musiqili filmi ilə qədəm qoyub. Sonrakı illərdə «Cover Girl», «The Three Musketeers», «Summer Stock» və «An American in Paris» kimi məşhur ekran əsərlərində rol alıb. Aktyorun yaradıcılığında 1945-ci il istehsalı «Anchors Aweigh» filmindəki Cozef Bredi obrazı və həm rejissoru olduğu, həm də Don Lokvud rolunu canlandırdığı «Singin' in the Rain» (1952) filmi mühüm yer tutur. 1957-ci ildən sonra Cin Kelli əsas diqqətini rejissorluq fəaliyyətinə yönəldib. Rejissor kimi «A Guide for the Married Man» və böyük uğur qazanan «Hello, Dolly!» (1969) filmlərini lentə alıb. Görkəmli sənətçi 2 fevral 1996-cı ildə vəfat edib.

Tərcümeyi-hal AZfilm redaksiyası tərəfindən hazırlanıb

Tanındığı işlər

Filmoqrafiya

Tez-tez birgə işlədiyi