Gerhard Tsemann
Aktyor

Gerhard Tsemann

Gerhard Zemann
Doğum tarixi
21 mart 1940 · Qoç
Ölüm tarixi
14 aprel 2010 (70 yaş)
Doğum yeri
Vyana, Avstriya
2layihə
1serial
1film
1988–1994kinoda

Gerhard Tsemann — məşhur Avstriya teatr və kino aktyorudur, o, ən çox «Kommissar Rex» (1994) serialında canlandırdığı məhkəmə tibbi eksperti doktor Leo Qraf obrazı ilə tanınır. Aktyor 21 mart 1940-cı ildə Vyanada anadan olmuşdur. Zalsburqdakı Motsart teatrında aktyorluq və rejissorluq təhsili aldıqdan sonra elə həmin məkanda aktyorluq sənətindən dərs deməyə başlamışdır. Bir çox almanca tamaşalarda rol alan sənətçi Zalsburqda «Die Grenzganger» adlı kabare yaratmışdır. Gerhard Tsemannın iştirak etdiyi filmlər və seriallar mühüm nailiyyətlər qazanmışdır. O, Adolf Qrimme mükafatına layiq görülmüş «Die Hausmeisterin» serialında çıxış etmiş, baş rollardan birini oynadığı «Caracas» televiziya filmi isə 1989-cu ildə Kann kinofestivalında xarici film nominasiyasında «Award of the Youth» mükafatını əldə etmişdir. Tanınmış aktyor 14 aprel 2010-cu ildə ürək tutmasından vəfat etmişdir.

Tərcümeyi-hal AZfilm redaksiyası tərəfindən hazırlanıb

Tanındığı işlər

Filmoqrafiya

Tez-tez birgə işlədiyi