EQ
Ssenarist

Eldəniz Quliyev

Eldaniz Guliyev
Doğum tarixi
20 aprel 1952 (74 yaş) · Qoç
Doğum yeri
Lənkəran
1layihə
1film
1988kinoda

Eldəniz Cümşüd oğlu Quliyev Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1974), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində (1979-1981, A.Tarkovski, V.Yejov, O.İoselianinin yaradıcılıq emalatxanası) təhsil alıb. “Mosfilm”, M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. “Azərbaycanfilm” kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü (1981-1987), “Debüt" studiyasının baş redaktoru (1987-1992), “Azərkinovideo” İstehsalat Birliyinin baş redaktoru (1993-1996), ABA televiziya şirkətinin baş redaktoru (1999) vəzifələrində işləyib. 2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən “Sülh səfiri” fəxri adına layiq görülüb. Rus və Azərbaycan dilində nəşr edilən “Ziyalı-İntelligensiya” qəzetinin təsisçisidir. Hazırda Azərbaycan Ziyalılar Birliyinin sədridir. “Üçatılan”, “Tilsimli dairə”, “Təpəgöz”, “Mürşüd kişi niyə susur?”, “İstək” və s. dram əsərləri Respublika teatrlarında tamaşaya qoyulub. “Ağ yuxu” hekayələr toplusu (1985), “Kölgəsiz adam” hekayə və povestlər kitabı (1998), “Rasim Balayev” (1999) kitabları nəşr olunub. Eldəniz Quliyev Azərbaycan Yazıçılar Birliyinin, Kinematoqrafçılar İttifaqının üzvüdür.

Filmoqrafiya

Tez-tez birgə işlədiyi