Gündüz Abbasov
Aktyor

Gündüz Abbasov

Gunduz Abbasov
Doğum tarixi
20 noyabr 1930 · Əqrəb
Ölüm tarixi
21 avqust 1995 (64 yaş)
Doğum yeri
Bakı
5layihə
5film
1959–1978kinoda

Gündüz Şəmsəddin oğlu Abbasov - Azərbaycan kino aktyoru, yazıçı, tərcüməçi və rəssam. Romantik obrazların ifaçısı kimi tanınmışdır. Şəmsəddin Abbasovun həyat yoldaşı Mələk xanım dahi azərbaycanlı dramaturq Cəfər Cabbarlının qardaşı qızı idi. Uşaqlıqdan sənətə həvəs göstərən Gündüz 1952-ci ildə Bakı Rəssamlıq məktəbini, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirmişdi. Ədəbiyyat sahəsinə böyük marağı olan Gündüz Abbasovun 1950–1960-cı illərdə "Papasının qızı", "Canlı körpü" və "Qanadlar" adlı üç kitabı çap olunmuşdu. Az müddət olsa da, Azərbaycan radiosunun gənclər şöbəsinin müdiri, sonra "Uşaqgəncnəşr" və "Azərnəşr" nəşriyyatlarının redaktoru, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri kimi vəzifələrdə çalışmışdır. Gündüz Abbasovu kinoda "Onun böyük ürəyi" və "Bir qalanın sirri" filmlərində ifa etdiyi rollar məşhurlaşdırır. Bundan sonra ard-arda bir neçə filmdə çəkilən aktyor çəkildiyi filmlərdə müxtəlif planlı yaddaqalan xarakterik rollarda çəkilir. Aktyor ciddi rollarla yanaşı "Mozalan" kinojurnalının bir çox süjetlərində də iştirak etmişdi. Aktyorun çəkildiyi sonuncu film "Yuxu" filmi olmuşdu. Sağlığında filmi görə bilməsə də, yaratdığı Hidayət əmi obrazı tamaşaçıların yaddaşında hər zaman xatırlanır.

Tanındığı işlər

Filmoqrafiya

Tez-tez birgə işlədiyi