
Hökümə Qurbanova
- Doğum tarixi
- 11 iyun 1913 · Əkizlər
- Ölüm tarixi
- 2 noyabr 1988 (75 yaş)
- Doğum yeri
- Bakı
Hökümə Abbasəli qızı Qurbanova - görkəmli Azərbaycan kino və teatr aktrisası, film səsləndirən, filmlərdə və arxiv kadrlarda iştirak edən şəxs, SSRİ xalq artisti (1965). Azərbaycan milli səhnəsində misilsiz faciə aktrisası olub. Tükənməz ehtiraslı, səngiməz temperamentli, coşğun emosiyalı, musiqili lirik-dramatik səsli sənətkar idi. Romantik aktyor məktəbinin görkəmli nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanıb. Hökümə Abbasəli qızı Qurbanova Bakı, Bakı quberniyası, Rusiya imperiyası ziyalı ailəsində doğulub. Teatrda ilk illər aktyor Ələsgər Ələkbərovla evli olduğu üçün "Ələkbərova" soyadıyla çıxış edib. Hökümə xanım Bakı Pedaqoji Texnikumunu bitirib (1931). Elə həmin il Azərbaycan Dövlət konservatoriyasına daxil olaraq iki il fortepiano sinfində təhsil alıb. Güclü musiqi yaddaşı vardı. Konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi Cəfər Cabbarlının ciddi təşəbbüsü ilə "Almaz" filmində Yaxşı roluna çəkilib. Ancaq film ekranlara ədibin ölümündən sonra, 1936-cı ildə buraxılıb.

