Ələsgər İbrahimov
Aktyor

Ələsgər İbrahimov

Alasgar Ibrahimov
Doğum tarixi
30 yanvar 1943 · Dolça
Ölüm tarixi
10 mart 1983 (40 yaş)
Doğum yeri
Bakı
1layihə
1film
1970kinoda

Ələsgər İbrahimov - azərbaycanlı aktyor. Ələsgər İbrahimov 1943-cü ilin 30 yanvar tarixində Bakıda anadan olub. İndiki Dövlət Neft Akademiyasında təhsil alıb. Oranı bitirdikdən sonra maddi çətinlikləri olan ailəni dolandırmaqdan ötrü müxtəlif yerlərdə çalışıb. Ən çox sevdiyi iş yerlərindən biri mühəndis kimi çalışdığı kinostudiyanın mexanika sexi idi. Kinoya gəlişi isə təsadüfən olmuşdu. İçərişəhərdəki evlərində görkəmli kinorejissor Arif Babayevlə qonşu idilər. Ələsgər İbrahimovun yaraşıqlı siması vardı. Hündür boyu, enli kürəyi, gözəl sifət cizgiləri ona daha da yaraşıq verirdi. Çox vaxt onu məşhur fransız aktyoru Jan Mareyə bənzədirdilər. Bütün bu cəhətlər rejissor Arif Babayevi cəlb etmişdi. Və nəyin bahasına olursa-olsun, o, bu gənci mütləq filmə çəkəcəkdi. Çox keçmir ki, rejissor fikirləşdiklərini həyata keçirir. Kinostudiyaya gəlir və ilk filminin - "İnsan məskən salır"ın çəkilişlərinə başlayır. Və məhz Ramiz Allahverdiyev rolu ilə də Ələsgər kinoya debüt edir. Kinostudiyada mühəndis işləyə-işləyə Adil İsgəndərovun axşamlar açdığı kinoaktyor kursuna getməyə başlayır. Amma əcəl macal vermir. Ələsgər İbrahimov 40 yaşında tutulduğu çənə xərçəngi xəstəliyindən dünyasını dəyişir.

Tanındığı işlər

Filmoqrafiya

Tez-tez birgə işlədiyi