
Stanislav Mikulski
- Doğum tarixi
- 1 may 1929 · Buğa
- Ölüm tarixi
- 27 noyabr 2014 (85 yaş)
- Doğum yeri
- Lodz, Polşa
Stanislav Mikulski hərbi mövzulu ekran əsərlərindəki rolları ilə tanınan polşalı teatr və kino aktyorudur. O, 1 may 1929-cu ildə Polşanın Lodz şəhərində anadan olub. Səhnə fəaliyyətinə 1952-ci ildə Lyublindəki Osterva adına teatrda başlayan sənətçi 1953-cü ildə Krakovda aktyorluq imtahanlarını ekstern olaraq verib. Sonralar Varşavanın "Povşehnı", Xalq, Polşa və Milli teatrlarında çalışıb, təqaüdə çıxdıqdan sonra da arabir səhnəyə çıxmağa davam edib. Kino sahəsində ilk addımını 1951-ci ildə atan aktyorun yaradıcılığında hərbi və macəra janrı xüsusi yer tutub. Stanislav Mikulski iştirakı ilə filmlər və seriallar sırasında xüsusilə "Kanal" (1956) və ona böyük şöhrət gətirən "Stawka wieksza niz zycie" (1967) serialı seçilir. O, həmçinin SSRİ, Macarıstan və Çexoslovakiyada çəkilib, 2004-cü ildə isə "Diversant" serialında rol alıb. Televiziya və radioda da fəaliyyət göstərən aktyor 1988–1990-cı illərdə Moskvadakı Polşa Mədəniyyət Mərkəzinə rəhbərlik edib. 2006-cı ildə onun əl izi Mendzızdroyedəki Polşa Ulduzları Xiyabanına həkk olunub. Stanislav Mikulski 27 noyabr 2014-cü ildə vəfat edib.



