
Oleq Qazmanov
- Doğum tarixi
- 22 iyul 1951 (75 yaş) · Xərçəng
- Doğum yeri
- Qusev, Rusiya
Oleq Qazmanov — sovet və Rusiya bəstəkarı, şairi və aktyorudur, 2001-ci ildə Rusiyanın xalq artisti adına layiq görülüb. O, 22 iyul 1951-ci ildə Kalininqrad vilayətinin Qusev şəhərində anadan olub. Kalininqradda orta məktəblərdə oxuduqdan sonra 1973-cü ildə Kalininqrad Ali Mühəndislik Dənizçilik Məktəbini bitirərək orada müəllim işləyib, elmi dissertasiya üzərində çalışıb. 1981-ci ildə isə şəhərin musiqi məktəbini gitara ixtisası üzrə başa vurub. Sənətçinin peşəkar tərcümeyi-halı «Atlantik», «Sinyaya ptitsa», «Vizit», «Divo» və «Qalaktika» musiqi qrupları ilə bağlıdır. 1989-cu ildə yaratdığı «Eskadron» qrupu və eyniadlı mahnısı ona böyük şöhrət qazandırıb. Qazmanov yeddi dəfə «Ovasiya» mükafatı laureatı olub, 1992-ci ildə Monte-Karloda «The World Music Awards» alıb. 1997-ci ildə ABŞ-da ilk qastrol səfərində olub və Moskva şəhərinin 850 illiyinə yazdığı mahnı qeyri-rəsmi himnə çevrilib. 2002-ci ildən UNİCEF-in Xoşməramlı səfiridir, 2004-cü ildə isə Azərbaycanda keçirilən Rusiya Mədəniyyəti Günlərində çıxış edib. Oleq Qazmanovun iştirak etdiyi filmlər və televiziya layihələri sırasında 1994-cü il istehsalı «Sny» filmi və 1995-ci ildə traktorçu obrazını canlandırdığı «Starye pesni o glavnom» musiqili şousu var. Ukraynaya qarşı hərbi təcavüzü dəstəklədiyinə görə 2022-ci ilin oktyabrından Avropa İttifaqının sanksiyaları altındadır.

