Jak Veber
Aktyor

Jak Veber

Doğum tarixi
23 avqust 1949 (77 yaş) · Şir
Doğum yeri
X arondisman, Fransa
13layihə
5serial
8film
1971–2022kinoda

Jak Veber — 23 avqust 1949-cu ildə Parisdə anadan olmuş fransız teatr, kino və televiziya aktyoru, rejissor və ssenaristdir. Parisdəki Ali Milli Teatr Sənəti Məktəbində təhsil alan Veber 1966-cı ildə, 16 yaşında Dram Sənəti üzrə Ali Milli Konservatoriyasında Rober Manuelin sinfinə qəbul olub və üç ildən sonra buranı fərqlənmə diplomu ilə bitirib. «Komedi Fransez» truppasından gələn təklifdən imtina edən aktyor Rober Osseynin Reyms şəhərindəki teatrına qoşularaq fəaliyyətini davam etdirib və beləliklə onun uğurlu teatr həmçinin rejissorluq karyerası başlayıb. Sənətçinin kinodakı yaradıcılığı da diqqətəlayiq ekran işləri ilə zəngindir. Saytımızda təqdim olunan layihələr sırasında onun Qraf de Giş rolunu canlandırdığı «Cyrano de Bergerac» (1991) tarixi filmi və Şarl Karro obrazı ilə çıxış etdiyi «La Mante» (2017) serialı yer alır.

Tərcümeyi-hal AZfilm redaksiyası tərəfindən hazırlanıb

Tanındığı işlər

Filmoqrafiya

Tez-tez birgə işlədiyi