Riçard İqan
Aktyor

Riçard İqan

Richard Egan
Doğum tarixi
29 iyul 1921 · Şir
Ölüm tarixi
20 iyul 1987 (65 yaş)
Doğum yeri
San-Fransisko, ABŞ
2layihə
2film
1952–1962kinoda

Riçard İqan — Sparta çarı Leonid rolu ilə tanınan amerikalı kino aktyorudur. O, 29 iyul 1921-ci ildə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olub. İkinci Dünya müharibəsi illərində ABŞ ordusunda cüdo üzrə təlimatçı kimi xidmət etmişdir. Müharibədən sonra San-Fransisko Universitetində bakalavr, Stenford Universitetində isə magistr dərəcəsi alaraq ali təhsilini tamamlamışdır. Aktyorluq karyerasına 1950-ci ildə «20th Century Fox» kinostudiyası ilə müqavilə bağlayaraq başlayan sənətçi 1954-cü ildə «İlin sıçrayışı» nominasiyasında «Qızıl Qlobus» mükafatına layiq görülmüşdür. Riçard İqanın filmoqrafiyasında Elvis Presli ilə tərəf-müqabili olduğu «Love Me Tender» (1956) və çar Leonid obrazını canlandırdığı «The 300 Spartans» (1962) kimi məşhur ekran işləri mühüm yer tutur. Aktyor 20 iyul 1987-ci ildə vəfat etmişdir.

Tərcümeyi-hal AZfilm redaksiyası tərəfindən hazırlanıb

Tanındığı işlər

Filmoqrafiya

Tez-tez birgə işlədiyi