Yakov Protazanov
Rejissor

Yakov Protazanov

Yakov Protazanov
Doğum tarixi
4 fevral 1881 · Dolça
Ölüm tarixi
9 avqust 1945 (64 yaş)
Doğum yeri
Moskva, Rusiya
2layihə
2film
1924–1926kinoda

Yakov Protazanov — RSFSR və Özbəkistan SSR-in Əməkdar incəsənət xadimi adlarına layiq görülmüş görkəmli sovet kinorejissorudur. O, 4 fevral 1881-ci ildə Moskvada anadan olub. 1900-cü ildə Moskva Kommersiya Məktəbini bitirən Protazanov ailəsinin müflisləşməsi səbəbindən repetitor və fabrikdə işçi kimi çalışmağa məcbur olub. Xalasından qalan miras sayəsində Vyana, Berlin, Paris və Venesiya kimi Avropa şəhərlərinə səyahət edib. Kinematoqrafiya sahəsində fəaliyyətinə 1907-ci ildə «Qloria» kino şirkətində tərcüməçi, ssenarist və aktyor kimi başlayıb. «Timan və Reyn hardt» şirkətində rejissor köməkçisindən tutmuş operatora qədər bir çox vəzifələri icra edən sənətçi təsadüfən yazdığı ssenari sayəsində ilk rejissorluq təcrübəsini qazanıb. 1915-ci ildən Yermolyevin studiyasında çalışan Yakov Protazanov 1920-ci ildə mühacirət edərək Paris və Berlində altı film ərsəyə gətirib. 1923-cü ildə «Mejrabpom-Rus» studiyasının dəvəti ilə Moskvaya qayıdıb. Müharibə illərində Daşkəndə təxliyə olunan rejissor burada «Nəsrəddin Buxarada» filminə imza atıb. Usta sənətkarın zəngin yaradıcılıq bioqrafiyası sırasında məşhur «Qırx birinci» (1926) ekran əsəri də yer alır. Rejissor 9 avqust 1945-ci ildə vəfat edib.

Tərcümeyi-hal AZfilm redaksiyası tərəfindən hazırlanıb

Tanındığı işlər

Filmoqrafiya

Tez-tez birgə işlədiyi