Vivyen Li
Aktrisa

Vivyen Li

Vivien Leigh
Doğum tarixi
5 noyabr 1913 · Əqrəb
Ölüm tarixi
7 iyul 1967 (53 yaş)
Doğum yeri
Hindistan
14layihə
14film
1936–1965kinoda

Vivyen Li — dünya kinosunun ən böyük ulduzlarından biri kimi qəbul edilən britaniyalı aktrisadır. O, 5 noyabr 1913-cü ildə Britaniya Hindistanının Darciling bölgəsində Vivian Meri Hartli adı ilə anadan olub və 1947-ci ildən ledi Olivye titulunu daşıyıb. Otuz illik sənət karyerası ərzində o, teatr səhnəsində və kinoda Şekspirin Cülyetta, Ofeliya, Kleopatra kimi mürəkkəb personajlarından tutmuş komediya qəhrəmanlarına qədər çoxsaylı obrazlar yaratmışdır. Aktrisaya dünya şöhrətini Hollivud layihələri gətirmişdir. Vivyen Li iki dəfə Ən yaxşı aktrisa nominasiyasında «Oskar» mükafatına layiq görülüb: «Gone with the Wind» (1939) filmindəki Skarlett O'Hara və «A Streetcar Named Desire» (1951) ekran əsərindəki Blanş Dübua rollarına görə. Aktrisanın ən parlaq filmləri sırasında «Waterloo Bridge» (1940), «That Hamilton Woman» (1941) və «Ship of Fools» (1965) ekran işləri mühüm yer tutur. Vivyen Li iştirakı ilə filmlər kino tarixinin klassik nümunələrinə çevrilmişdir. Vivyen Li yaradıcılıq yolunda səhhətindəki ciddi çətinliklərlə, o cümlədən vərəm xəstəliyi və bipolyar pozuntu ilə mübarizə aparmalı olub. Həyat yoldaşı Lourens Olivye ilə birgə çalışmış və 1960-cı ildə ondan boşanmışdır. Həmin il Hollivudun «Şöhrət xiyabanı»nda ulduz alan və Amerika Film İnstitutu tərəfindən ən böyük kino əfsanələri sırasına daxil edilən aktrisa 7 iyul 1967-ci ildə vəfat etmişdir.

Tərcümeyi-hal AZfilm redaksiyası tərəfindən hazırlanıb

Tanındığı işlər

Filmoqrafiya

Tez-tez birgə işlədiyi