
Rəqs maşını
Keçmiş balet ulduzu Alan Volf ağır yol qəzasında ayağını zədələdikdən sonra böyük səhnə ilə vidalaşmaq məcburiyyətində qalır. O, fəaliyyətini dayandırmır və ölkənin ən nüfuzlu rəqs məktəblərindən birini təsis edir. Burada təhsil almaq böyük nailiyyət sayılsa da, xoreoqrafın amansız tələblərinə və dözülməz məşq rejiminə tab gətirmək hər tələbənin işi deyil.
Gənc rəqqasələrin ard-arda təbii səbəblərdən vəfat etməsi tələbələrdən birini ciddi təşvişə salır. Həyatından narahat olan qız kömək üçün polis işləyən qonşusuna müraciət edir. Təcrübəli polis əməkdaşı bu müəmmalı ölümlərin arxasında nələrin dayandığını üzə çıxarmaq üçün araşdırmaya başlayır.
1990-cı il istehsalı olan «Rəqs maşını» (Dancing Machine) triller filmi Fransa və İspaniya kinematoqrafçılarının birgə layihəsidir. Rejissor Jil Beanın ekranlaşdırdığı filmin baş rollarında Alen Delon, Klod Brassör, Patrik Düpon və Tonya Kintsinger çəkiliblər.
«Rəqs maşını» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın