Alen Delon
Aktyor

Alen Delon

Doğum tarixi
8 noyabr 1935 · Əqrəb
Ölüm tarixi
18 avqust 2024 (88 yaş)
Doğum yeri
So, Fransa
Boy
1.77 m
66layihə
64film
2serial
1958–2010kinoda

Alen Delon — 1960–1980-ci illərin ən parlaq ulduzlarından biri və seks-simvolu sayılan fransız aktyor, rejissor, prodüser və ssenaristdir. O, 8 noyabr 1935-ci ildə Fransanın O-de-Sen departamentinin So şəhərində anadan olub. Valideynləri o 4 yaşında ikən ayrılıb, anası aptekdə çalışıb, atası isə kinozala sahiblik edib. Gənclik illərində intizamsızlığı səbəbindən məktəblərdən qovulan, 17 yaşında həbs edilən Delon əvvəlcə aktyorluq haqqında düşünməyib. Hind-Çində hərbi dəniz donanmasında xidmət edib qayıtdıqdan sonra aktyorluq kurslarına yazılıb və 1957-ci ildə Fransa kinosunda debüt edərək Hollivud təkliflərindən imtina edib. Sənətçinin peşəkar bioqrafiyası çoxsaylı uğurlu ekran işləri ilə zəngindir. Alen Delonun iştirakı ilə filmlər qısa zamanda böyük tamaşaçı auditoriyası toplayıb. O, «Purple Noon» (1960), «Rocco & His Brothers» (1960) və «Il gattopardo» (1963) filmləri ilə beynəlxalq şöhrət qazanıb, sonuncu ekran əsərindəki roluna görə «Qızıl Qlobus» mükafatına namizəd göstərilib. Karyerası boyunca «Samurai» (1967), «The Sinners» (1969), «Le cercle rouge» (1970) və «Zorro» (1975) kimi məşhur filmlərdə baş rolları canlandırıb. «Two Against the Law» (1973) və «Mr. Klein» (1976) layihələrində həm aktyor, həm də prodüser kimi iştirak edib. 1984-cü ildə isə «Notre histoire» filmindəki roluna görə «Sezar» mükafatına layiq görülüb. Aktyorun şəxsi həyatı da ictimaiyyətin diqqət mərkəzində olub. Romi Şnayderlə uzunmüddətli nişanlılıq dövründən sonra o, 1964-cü ildə Natali Delon ilə evlənib və bu nikahdan oğlu Antoni dünyaya gəlib. Cütlük 1968-ci ildə boşanıb. Daha sonra 15 il Mirey Dark ilə birgə yaşayan sənətçi 1987-ci ildən Rozali Van Bremenlə ailə həyatı qurub və bu münasibətdən qızı Anuşka ilə oğlu Alen-Fabyen doğulub. Alen Delon 18 avqust 2024-cü ildə vəfat edib.

Tərcümeyi-hal AZfilm redaksiyası tərəfindən hazırlanıb

Tanındığı işlər

Filmoqrafiya

Tez-tez birgə işlədiyi