
Balıqçının qızı
Xəzər dənizinin Abşeron sahilində yerləşən balıqçı kəndində həyat öz axarı ilə gedir. Günlərin birində balığa çıxan yerli sakin itkin düşür və onun meyiti tapılmır. Lakin balıqçının gənc qızı Sara atasının vəfat etdiyinə inanmaq istəmir və yaxınlarının ümidsizliyi ilə barışmır.
Kənd ağsaqqalları və qohumlar isə bütün bəlaların dəfn olunmamış adamın ruhu ucbatından baş verdiyini düşünərək simvolik mərasim keçirməkdə israr edirlər. Adət-ənənələrə qarşı çıxan qız hamının iradəsini tapdalayır. Baş verən güclü fırtına zamanı o, atasını tapmaq ümidi ilə təkbaşına dalğalı dənizə yollanır.
2019-cu ildə çəkilmiş «Balıqçının qızı» filmi Rusiya və Azərbaycanın birgə dram layihəsidir. Ekran əsərinin quruluşçu rejissoru İsmayıl Səfərəli, əsas rolların ifaçıları isə Həmayil Həsənova, Günəş Mehdizadə, Vüsal Əzizov və Fərid Aslanovdur.
«Balıqçının qızı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1 oktyabr 2020
- Ölkə
- Rusiya, Azərbaycan
- Rejissor
- Ismail Safarali
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 88 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın