Asiman Ağa Rövşən
Aktyor

Asiman Ağa Rövşən

Asiman Aga Rovshan
Doğum tarixi
14 aprel 1992 (34 yaş) · Qoç
1layihə
1film
2019kinoda

Asiman Ağa Rövşən (Asiman Ağayev Rövşən oğlu) Gəncədə anadan olub. ARəşid Behbudov adına 2 saylı musiqi məktəbində (2005, fortepiano sinfi), Respublika İncəsənət Gimnaziyasında (2009), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsində (2013-2017, Sona Mikayılovanın kursu), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində (2018-2022) təhsil alıb. Uşaqlıqdan rəssamlıqla məşğul olub, 5 yaşında ikən fərdi sərgisi keçirilib. Xarici ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə iştirak edib, yer tutub. Teatrşünas Dağlar Yusif Əfəndi və aktyor Hacıbaba Məmmədovla birlikdə “TƏK” (Teatr Ədəbiyyat Kino) yaradıcılıq platformasını təsis edib (2018). “Master və Marqarita”, “Sonluğun sonu”, “İt ürəyi” tamaşalarına quruluş verib. Aktyor Asiman Ağa Rövşən dramaturq, ssenarist Rövşən Ağayevin və aktrisa Güşvər Şərifovanın oğludur.

Tanındığı işlər

Filmoqrafiya

Tez-tez birgə işlədiyi