
Bədən və İblis
Uşaqlıq illərində qanla əhd bağlayan Leo fon Harden və Ulrix fon Elts bir-birinə əbədi dostluq sözü verirlər. İllər ötür, gənclər hərbi kadet korpusundakı təhsillərini başa vurub Avstriyadakı doğma torpaqlarına qayıdırlar.
Ziyafətlərin birində Leo tanınmış zadəgan qraf fon Radenin xanımı Felisiya ilə qarşılaşır. Birgə rəqs etdikləri bircə an onların arasında qarşısıalınmaz bir məhəbbət alovlandırır. Gizli başlayan bu ehtiraslı münasibət qrafın sevgililəri eyni yataqda yaxalaması ilə təhlükəli həddə çatır.
1926-cı ildə ABŞ-da istehsal olunmuş «Bədən və İblis» (Flesh and the Devil) dram filminin rejissoru Klarens Braundur. Ekran əsərində əsas rolları Qreta Qarbo, Con Qilbert, Lars Hanson və Barbara Kent canlandırıb.
«Bədən və İblis» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 dekabr 1926
- Ölkə
- ABŞ
- Rejissor
- Klarens Braun
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal, Birsəsli kadrarxası
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 112 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın