
Zərbə! Yenə zərbə!
Leninqrad şəhərində yerli «Zarya» və xarici «Riflər» komandaları arasında həlledici final futbol qarşılaşması keçirilir. Lakin oyuna az qalmış meydan sahiblərinin ən yaxşı hücumçusu Sergey Tamantsev rejimi pozur. Gecəni tanış bir qızın evində keçirib sübh tezdən bazaya qayıdan gənci komandanın baş məşqçisi olan öz atası cəzalandıraraq matçdan kənarlaşdırır.
Meydanda mübarizənin qızğın çağında oyunçulardan biri gözlənilmədən zədələnir. Çətin vəziyyətdə qalan Tamantsev-böyük prinsipial qərarını dəyişməyə və Sergeyə şans verməyə məcbur olur. İndi gənc futbolçu meydançaya çıxaraq həm komandanın nəticəsini xilas etməli, həm də itirilmiş etimadı bərpa etməlidir.
1968-ci il istehsalı olan bu idman komediyasını SSRİ kinorejissoru Viktor Sadovski çəkib. «Zərbə! Yenə zərbə!» filmində rolları Yuri Volkov, Viktor Korşunov, Aleksey Smirnov və Valentin Smirnitski canlandırıb.
«Zərbə! Yenə zərbə!» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 13 iyun 1968
- Ölkə
- SSRİ
- Rejissor
- Viktor Sadovski
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 100 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın