Aleksey Kojevnikov
Aktyor

Aleksey Kojevnikov

Aleksey Kozhevnikov
Doğum tarixi
28 yanvar 1933 · Dolça
Ölüm tarixi
6 sentyabr 1986 (53 yaş)
Doğum yeri
Sankt-Peterburq, Rusiya
35layihə
31film
4serial
1955–1988kinoda

Aleksey Kojevnikov — məşhur sovet kino aktyoru, RSFSR-in əməkdar artisti idi. O, 28 yanvar 1933-cü ildə Leninqrad şəhərində anadan olmuşdur. Kojevnikov 1957-ci ildə Leninqrad Hərbi-Mexanika İnstitutunu bitirmiş və 1959-cu ilə qədər zavodda mühəndis-konstruktor kimi fəaliyyət göstərmişdir. Tələbəlik illərindən filmlərdə çəkilməyə başlayan sənətçi «Pervıy eşelon», «Na ostrove Dalnem», «Oni vstretilis v puti» və «Povest o molodojyonax» ekran əsərlərində rol almışdır. 1959-cu ildə çəkilən «Nepoddayușçiyesya» filmindəki Viktor Qromoboyev obrazı onun həyatında dönüş nöqtəsi olmuş, mühəndislik işindən ayrılaraq «Lenfilm» kinostudiyasının ştatlı aktyoruna çevrilmişdir. Aleksey Kojevnikovun iştirakı ilə filmlər və seriallar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Onun fəaliyyətində «Polosatıy reys» (1961), «Koroleva benzokolonki» (1962), «Zayçik» (1964), «Naçalnik Çukotki» (1966), «Strogovı» (1975) və «Sobaka na sene» (1977) kimi ekran işləri mühüm yer tutur. Aktyorun son çəkildiyi layihə ölümündən sonra nümayiş olunan «Cek Vosmyorkin — amerikanets» musiqili komediyası olmuşdur. Aleksey Kojevnikov 6 sentyabr 1986-cı ildə vəfat etmiş və Leninqradda, Bolșeoxtinsk qəbiristanlığında dəfn edilmişdir.

Tərcümeyi-hal AZfilm redaksiyası tərəfindən hazırlanıb

Tanındığı işlər

Filmoqrafiya

Tez-tez birgə işlədiyi