
Fəlakət Ceyn
Dakota ştatının Dedvud şəhərciyi kovboylar, kəşfiyyatçılar və əsgərlərlə doludur. Yerli kişilərdən heç də geri qalmayan Ceyn adlı cəsur qız isə silah və qamçıdan məharətlə istifadə edərək hamıya meydan oxuyur. Qəsəbə sakinləri ilə mərcə girən Ceyn Çikaqodan məşhur teatr ulduzunu gətirməyə söz verir, lakin səhvən onun geyim ustası Ketini Dedvuda gətirir.
Şəhərin kişiləri yeni qonağı böyük sevinclə qarşılayır və onun diqqətini çəkmək üçün yarışa başlayırlar. Ceyn Ketini həddindən artıq olan pərəstişkarlardan qorumaq məqsədilə öz daxmasına aparır. Bu qızlar tezliklə yaxın dost olurlar və zərif Ketinin gəlişi kobud Ceynin xarakterində dəyişikliklərə yol açır.
1953-cü il istehsalı olan bu ABŞ musiqili filminin quruluşçu rejissoru Devid Batlerdir. Ekran əsərində baş rolları Doris Dey, Hovard Kil, Ellin Enn MakLeri və Filip Keri canlandırıblar.
«Fəlakət Ceyn» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 28 oktyabr 1953
- Ölkə
- ABŞ
- Rejissor
- Devid Batler
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar çoxsəsli, Orijinal
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 101 dəq.
- Mükafatlar
- qələbə: 0 · nominasiya: 2
Rollarda
Mükafatlar və nominasiyalar
- 🎗Ən yaxşı səsə görə Oskar mükafatıNominasiya · 1954
- 🎗Academy Award for Best Original Musical ScoreNominasiya · 1954
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın