Siseli Tayson
Aktrisa

Siseli Tayson

Cicely Tyson
Doğum tarixi
19 dekabr 1924 · Oxatan
Ölüm tarixi
28 yanvar 2021 (96 yaş)
Doğum yeri
Bronks, ABŞ
Boy
1.61 m
6layihə
5film
1serial
1976–2020kinoda

Siseli Tayson dramatik rolları ilə tanınan ABŞ kino və teatr aktrisasıdır. O, 1924-cü il dekabrın 19-da Nyu-Yorkda Vest-Hindistandan köçmüş ailədə anadan olub. Əmək fəaliyyətinə Ebony jurnalında model kimi başlayan aktrisanın kino debütü 1957-ci ildə «Caribbean Gold» filmi ilə baş tutub. Sonradan televiziya layihələrinə keçən sənətçi «The Guiding Light» serialında və 1961-ci ildə Jan Jenenin «The Blacks» teatr tamaşasında çıxış edib. 1972-ci ildə «Sounder» filmindəki ifasına görə «Oskar» mükafatına namizəd göstərilən Siseli Tayson, 1974-cü ildə «The Autobiography of Miss Jane Pittman» televiziya filminə görə iki «Emmi» mükafatı qazanıb. Onun kino karyerasında «Fried Green Tomatoes» (1991) və «The Help» (2011) kimi məşhur ekran əsərləri xüsusi yer tutur. 1981-ci ilin noyabrında caz musiqiçisi Maylz Devislə ailə həyatı quran aktrisanın bu nikahı yeddi il davam edib. Televiziyaya verdiyi töhfələrə görə Hollivudun Şöhrət Xiyabanında ulduzla təltif olunan Siseli Taysonun adı Nyu-Cersi ştatının İst-Orenc şəhərindəki incəsənət məktəbinə verilib. Görkəmli aktrisa 2021-ci il yanvarın 28-də vəfat edib.

Tərcümeyi-hal AZfilm redaksiyası tərəfindən hazırlanıb

Tanındığı işlər

Filmoqrafiya

Tez-tez birgə işlədiyi