
Şarl Buaye
- Doğum tarixi
- 28 avqust 1899 · Qız
- Ölüm tarixi
- 26 avqust 1978 (78 yaş)
- Doğum yeri
- Fijak, Fransa
Şarl Buaye — klassik kino dövrünün məşhur fransız mənşəli ABŞ aktyorudur. O, 28 avqust 1899-cu ildə Fransanın Fijak şəhərində anadan olub. Təhsilini Sorbonna Universiteti və Paris Konservatoriyasında alan sənətçi artıq 20 yaşından etibarən Paris teatrlarında səhnəyə çıxmağa və eyni zamanda filmlərdə çəkilməyə başlayıb. 1930-cu ildə isə fəaliyyətini davam etdirmək üçün Hollivuda köçüb. Zəngin yaradıcılıq yoluna malik aktyorun iştirakı ilə çəkilən filmlər kino tarixində mühüm iz qoyub. Şarl Buaye «Red-Headed Woman», «Caravan», «Mayerling», «Break of Hearts», «Is Paris Burning?» kimi ekran əsərlərində və Bernard De Solnay rolunu canlandırdığı məşhur «How to Steal a Million» (1966) filmində yaddaqalan obrazlar yaradıb. Aktyorun həyatı kədərli hadisələrlə yadda qalıb. Onun 21 yaşlı yeganə oğlu Mişel sevdiyi qızın başqasına meyil etməsi şübhəsi səbəbindən «rus ruleti» oynayaraq intihar edib. İllər sonra həyat yoldaşı xərçəng xəstəliyindən dünyasını dəyişib. Bu ağır itkiyə dözə bilməyən Şarl Buaye həyat yoldaşının ölümündən cəmi iki gün sonra, 26 avqust 1978-ci ildə yüksək dozada yuxu dərmanı qəbul edərək həyatına son qoyub.



