
Çarlton Heston
- Doğum tarixi
- 4 oktyabr 1923 · Tərəzi
- Ölüm tarixi
- 5 aprel 2008 (84 yaş)
- Doğum yeri
- Evanston, ABŞ
- Boy
- 1.89 m
Çarlton Heston — tarixi epik ekran əsərləri və fantastik filmlərdəki çıxışları ilə məşhurlaşan ABŞ aktyorudur. Əsl adı Con Çarlton Karter olan sənətçi fəaliyyətinə model kimi başlamış, kollec illərində isə həvəskar teatr səhnələrində çıxış edərək rejissorluq təcrübəsi qazanmışdır. 1944-cü ildə hərbi xidmətə yollanan Heston iki il orduda xidmət etdikdən sonra universitet yoldaşı Lidiya Klark ilə ailə həyatı qurmuşdur. Daha sonra Nyu-Yorka köçərək Brodveydə nümayiş olunan «Antoni və Kleopatra» tamaşasındakı oyunu ilə tamaşaçıların diqqətini cəlb etmişdir. Çarlton Heston filmləri dünya kinosunun unudulmaz nümunələri sırasındadır. Aktyorun yaradıcılığında «Touch of Evil» (1958), «The Big Country» (1958) və baş rolda çəkildiyi «Ben-Hur» (1959) ekran əsərləri mühüm yer tutur. Bundan əlavə, o, «El Cid» (1961), məşhur elmi-fantastik «Planet of the Apes» (1967), eləcə də «True Lies» (1994) və «Any Given Sunday» (1999) kimi layihələrdə yaddaqalan obrazlar yaratmışdır. Aktyorun bioqrafiyası ictimai fəallıqla da zəngindir; o, 1960-cı illərdə insan haqları hərəkatında iştirak etmiş, 1963-cü ildə Martin Lüter Kinqlə birlikdə Vaşinqtona yürüş etmişdir. İkinci Dünya müharibəsi veteranı kimi 1966-cı ildə Vyetnamdakı əsgərləri ziyarət etmiş, 2003-cü ildə isə hərbçilərə dəstək çıxışları etmişdir. Çarlton Heston 5 aprel 2008-ci ildə Beverli-Hillzdə vəfat etmişdir.



