BB
Aktyor
Boris Baykov
Boris Baykov
- Doğum tarixi
- 24 iyul 1896 · Şir
- Ölüm tarixi
- 6 oktyabr 1958 (62 yaş)
1layihə
1film
1943kinoda
Boris Pavloviç Baykov - Azərbaycan-sovet teatr və kino aktyoru, pedaqoq, Azərbaycan SSR xalq artisti (1940). Boris Baykov 24 iyul 1896-cı ildə Terek vilayətinin Minutka kəndində (hazırda Kislovodsk şəhəri) anadan olmuşdur. O, Həştərxan və Dağıstan Rus Dram teatrında çıxış etmiş, 1930–1952-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur. Boris Baykov Azərbaycan kinosunda da müxtəlif xarakterli obrazlar yaratmış, bir neçə filmə çəkilmişdir. Bundan əlavə o, Bakı Teatr Texnikumunda pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Boris Baykov 6 oktyabr 1958-ci ildə Bakıda vəfat etmişdir.
