Ben Vişou
Aktyor

Ben Vişou

Ben Whishaw
Doğum tarixi
14 oktyabr 1980 (46 yaş) · Tərəzi
Doğum yeri
Böyük Britaniya
31layihə
1cizgi filmi
23film
7serial
1999–2025kinoda

Ben Vişou (Ben Whishaw) — dramatik rolları və çoxşaxəli obrazları ilə tanınan Böyük Britaniya teatr və kino aktyorudur. O, 14 oktyabr 1980-ci ildə İngiltərənin Bedfordşir qraflığının Klifton şəhərində əkiz qardaşı ilə birlikdə dünyaya gəlib. Tam adı Benjamin Con Vişoudur. Atası informasiya texnologiyaları üzrə mütəxəssis, anası isə məsləhətçi işləyib. Samuel Whitbread məktəbində təhsil alan Vişou uşaqlıqdan aktyorluq arzusunda olub və ilk dəfə məhz məktəb illərində teatr səhnəsinə çıxıb. Ben Vişou yaradıcılığı boyunca həm müəllif filmlərində, həm də irimiqyaslı layihələrdə yaddaqalan obrazlar yaradıb. Aktyorun qlobal səviyyədə şöhrət qazanması «Perfume: The Story of a Murderer» (2006) ekran əsərindəki Jan-Batist Qrenuy rolu ilə başlayıb. O, həmçinin «Skyfall» (2012) filmində Q obrazını canlandırıb, «Cloud Atlas» (2012) filmində bir neçə personajı ifa edib və «Paddington 2» (2017) ilə «Paddington in Peru» (2024) layihələrində məşhur ayı Peddinqtonu səsləndirib. Ben Vişou iştirakı ilə filmlər və seriallar beynəlxalq kino tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib. Aktyor «A Very English Scandal» layihəsinə görə 2019-cu ildə BAFTA, «Qızıl Qlobus» və «Emmi» mükafatlarına layiq görülüb. Onun uğurlu işləri sırasında «Criminal Justice» (2008), «The Hour» (2011), «The Hollow Crown» (2012) və «This Is Going to Hurt» (2022) serialları da var. Açıq gey olan aktyor şəxsi həyatını ictimaiyyətdən gizli saxlamağa üstünlük verir.

Tərcümeyi-hal AZfilm redaksiyası tərəfindən hazırlanıb

Tanındığı işlər

Filmoqrafiya

Tez-tez birgə işlədiyi