FK
Aktrisa

Fransuaza Kristof

Françoise Christophe
Doğum tarixi
3 fevral 1923 · Dolça
Ölüm tarixi
8 yanvar 2012 (88 yaş)
Doğum yeri
XIV arondisman, Fransa
7layihə
7film
1958–2008kinoda

Fransuaza Kristof — zadəgan qadın obrazları ilə tanınan Fransa teatr və kino aktrisasıdır. O, 3 fevral 1923-cü ildə Paris şəhərində Etyen Kristof və Janna Yuberin ailəsində dünyaya gəlib. Aktrisa Paula Emanuelin bacısı olan Fransuaza əvvəlcə Rene Simonun rəhbərliyi altında dram sənətini öyrənmiş, daha sonra Monparnas teatrında Lüsyen Natdan dərslər almışdır. 1941-ci ildə konservatoriyaya qəbul olunaraq ikinci komediya mükafatını qazanan sənətçi 1948-1950-ci illərdə «Komedi Fransez» truppasında çıxış etmişdir. Onun zəngin yaradıcılıq bioqrafiyası «Lükretsiya Borcia», «Sirano de Berjerak», «Amfitrion 38» kimi məşhur tamaşalardakı rollarla zəngindir. Fransuaza Kristofun iştirakı ilə filmlər və seriallar həm kinoda, həm də televiziyada tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. 1946-cı ildə Jan Saşinin «Fantomas» filmində şahzadə Daniloff rolunu canlandıran aktrisa sonralar kinoda zadəgan obrazlarının mahir ifaçısına çevrilmişdir. Aktrisanın əsas ekran işləri sırasında 1960-cı il istehsalı «Orfeyin vəsiyyəti» (Le testament d'Orphee) və 1967-ci ildə çəkilmiş «Fantomas Skotland-Yarda qarşı» (Fantomas Against Scotland Yard) filmləri xüsusi yer tutur. O, həmçinin 1966-cı ildə Abel Qansın televiziya filmində kraliça Mariya Tüdor obrazını məharətlə yaratmışdır. Fransuaza Kristof 8 yanvar 2012-ci ildə vəfat etmişdir.

Tərcümeyi-hal AZfilm redaksiyası tərəfindən hazırlanıb

Tanındığı işlər

Filmoqrafiya

Tez-tez birgə işlədiyi