Mələk Abbaszadə
Aktrisa

Mələk Abbaszadə

Melek Abbaszade
Doğum tarixi
31 oktyabr 1969 (57 yaş) · Əqrəb
1layihə
1film
2024kinoda

Mələk Fuad qızı Abbaszadə Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbində, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino aktyoru fakültəsində (1990, A.Batalovun kursu) təhsil alıb. Universiteti bitirdikdən sonra bir il Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. 1992-ci ildə Azərbaycanda keçirilən gözəllik yarışmasında qalib gəlib, Türkiyəyə dəvət alıb. Şimali Kiprdə 60-a yaxın ölkənin iştirakı ilə keçirilən “Miss dünya” yarışmasında “Zəriflik gözəli” nominasiyasını qazanıb. Türkiyədə “Başak Gürsoy” və digər məşhur agentliklərdə 6 ilə yaxın fotomodel kimi çalışıb. İstanbulda olduğu müddət ərzində Müammər Karaca Teatrında alman rejissor tərəfindən səhnəyə qoyulan “Gənc qız və dəniz” adlı monotamaşada səhnəyə çıxıb. Türkiyədə tanınmış xoreoqraf Bilge Tususun xoreoqrafiya kurslarını bitirib. Türkiyədə “Vətəndaş Əhməd” və “Bitməyən yollar” seriallarında çəkilib. 1999-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisasıdır. İbrus Teatrında rollar oynayıb. Əməkdar artistdir.

Tanındığı işlər

Filmoqrafiya

Tez-tez birgə işlədiyi