
Natali Martines
- Doğum tarixi
- 12 iyul 1984 (42 yaş) · Xərçəng
- Doğum yeri
- Mayami, ABŞ
- Boy
- 1.68 m
Natali Martines — gərgin süjetli dram və kriminal layihələrdəki çıxışları ilə tanınan ABŞ aktrisası və modelidir. O, 12 iyul 1984-cü ildə Florida ştatının Mayami şəhərində anadan olub. 2002-ci ildə Sent-Brendan orta məktəbini və Uestçesterdəki katolik məktəbini bitirdikdən sonra fotomodel kimi fəaliyyətə başlayıb. 2008-ci ilin aprelində «Miss Florida» gözəllik müsabiqəsində «Miss Xoşməramlılıq» tituluna layiq görülüb. Televiziyada fəaliyyətinə «Fashion House» (2006) və «Saints & Sinners» (2007) serialları ilə qədəm qoyan aktrisanın böyük kinoda ilk işi «Death Race» (2008) filmi olub. Natali Martines sonrakı illərdə «Detroit 1-8-7», «CSI: NY», «Under the Dome» kimi layihələrdə, eləcə də «Broken City» (2013) və «Self/less» (2015) filmlərində rol alıb. Natali Martinesin iştirakı ilə filmlər və seriallar arasında xüsusilə «End of Watch» (2012) kriminal dramı və həkim Roza Kampensino obrazını canlandırdığı «Bad Monkey» (2024) serialı diqqət çəkir.



