
Akim Tamirov
- Doğum tarixi
- 27 oktyabr 1899 · Əqrəb
- Ölüm tarixi
- 17 sentyabr 1972 (72 yaş)
- Doğum yeri
- Tbilisi
Akim Tamirov — parlaq xarakterik rolları ilə tanınan erməni əsilli Amerika kino aktyorudur. 27 oktyabr 1899-cu ildə Tiflisdə (digər mənbələrə görə Bakıda) anadan olmuş, Moskva Bədaye Teatrının məktəbində təhsil almış və qısa müddət bu teatrda çalışmışdır. 1923-cü ildə ABŞ qastrolları zamanı orada qalmağa qərar verən sənətçi «Yarasa» truppasında çıxış etmiş, Qrim Akademiyası açmış və taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Elə həmin illərdə o, gələcək həyat yoldaşı Tamara Şeyn ilə tanış olmuşdur. İngilis dilini öyrəndikdən sonra kinoya qədəm qoyan Akim Tamirov 1933-cü ildə «Queen Christina» filmindəki rolu ilə diqqət çəkmişdir. 1936-cı ildə «Oskar» mükafatına namizəd göstərilən aktyor Paramount studiyası ilə uzunmüddətli müqavilə bağlamışdır. Güclü ləhcəsi səbəbindən o, Hollivudda amerikalı olmayan fərqli etnik obrazları canlandırmış, ümumilikdə 140-a yaxın layihədə, o cümlədən «For Whom the Bell Tolls», «Union Pacific» və «Ocean's 11» ekran əsərlərində rol almışdır. Akim Tamirov filmləri sırasında tamaşaçılarımız üçün onun «His Butler's Sister» (1943) komediyasındakı Popoff və «Touch of Evil» (1958) filmindəki Co Qrandi obrazları təqdim olunur. Tanınmış aktyor 17 sentyabr 1972-ci ildə Kaliforniyada vəfat etmişdir.



